İpoteka və Kredit Zəmanət Fondu sorğuların keçirilməsinə dair «Era Marketing» şirkəti ilə iki müqavilə bağlayıb.
www.tender.gov.az saytının məlumatına görə, «Era Marketing» kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə və daşınmaz əmlak bazarında tələbin və kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə dair sorğular keçirəcək. Müqavilənin dəyəri – 18,998 min manatdır.
Bundan başqa, «Era Marketing» daşınmaz əmlak bazarında tələbin öyrənilməsinə dair ictimai sorğu keçirəcək. Müqavilənin dəyəri – 21,122 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. **
Ə.Məmmədov