Sentyabr ayının ikinci ongünlüyündə Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçiriləcək.
“Sentyabrın 18-də Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçiriləcək”, – deyə İqtisadiyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Bu məsələ Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev ilə Tacikistan Respublikasının Azərbaycandakı səfiri Rüstəm Soliyevin görüşü zamanı müzakirə mövzusu olub.
Y.Abdullayev ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi istiqamətində görülən işlər, yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması və s. barədə səfirə məlumat verib.*
B.Rüstəmbəyov