Dövlət Turizm Agentliyi 2022-ci ilə qədər turist axınının illik 4,5 mln. nəfərədək artacağını gözləyir. Bunu DTA-nın sədri Fuad Nağıyev deyib.
“Azərbaycana turist axınının artımı üzrə işlər aparılır. Biz cari il turist axınının 8-10% artacağını gözləyirik. Ümulikdə, proqnozlarımıza əsasən, 2022-ci ilədək turist axınının illik 4,5 mln. nəfərədək artacağını gözləyirik”, - Nağıyev jurnalistlərin Xınalıq Tarix Memarlıq və Etnoqrafiya qoruğuna press-turu zamanı bildirib.
Bundan əlavə, Nağıyevin sözlərinə görə, DTA-nın əsas məqsədlərindən biri servisin keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, Azərbaycan gələın turistlər bir daha bura qayıtsınlar.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana turist axını 1 mln. 777,4 min nəfər təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindəın 7,4% çoxdur. **
X.Nəsirzadə