Dövlət Turizm Agentliyi Quba rayonunda Xınalıq Tarix Memarlıq və Etnoqrafiya qoruğunun turizm mərkəzinə çevrilməsinə dair Konsepsiya hazırlayır. Bunu DTA-nın sədri Fuad Nağıyev deyib.
“Biz Xınalıqın turizm mərkəzinə çevrilməsinə dair proqram hazırlayırıq. Bu proqram çərçivəsində "Dağların başı" musiqi festivalı təşkil etməyi qərara aldıq. Bu festival kənddə turizmin inkişafına imkan yaradacaq”, - Nağıyev Xınalıqa press-tur çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, festival Dövlət Sosial Dəstək Proqramı çərçivəsində keçirilir, bu da gələcəkdə kənddə yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq.
“Biz yerli əhalinin həm yerli, həm də əcnəbi turistləri qəbul etməyə hazır olmalarında maraqlıyıq”, - Nağıyev qeyd edib.
Xınalıq kəndi Azərbaycanın şimalında dənizdən 2,1-2,2 metr yüksəklikdə yerləşir. **
X.Nəsirzadə