2019-cu ilin birinci yarısında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmdarları olan fiziki şəxslərin sayı 5 nəfər – 1,729 minə qədər azalıb.
Bankın yarım illik maliyyə hesabatına əsasən, ABB-nin səhmdarları olan hüquqi şəxslərin sayı 14 nəfər qalıb.
Beləliklə, 2019-cu il iyunun 30-na ABB-nin səhmdarlarının ümumi sayı 1,743 min nəfər təşkil edir.
2019-cu ilin birinci yarısında ABB-nin kapitalı dəyişməyib – 1 mlrd. 241,287 mln. manat təşkil edir.
Hesabata əsasən, yanvar-iyunda ABB ştatı artırıb. Xüsusilə, 2018-ci il dekabrın 31-nə bankda 1,818 min nəfər çalışıbsa, 2019-cu il iyunun 30-na onların sayı 1,964 min nəfərə çatıb.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. **
A.Əzizov