“Qafqaz Lizinq” ASC Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildi “Qafqaz Lizinq” Açıq Səhmdar Cəmiyyətdən Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildi”, - “İnterfaks-Azərbaycan”a şirkətdən bildiriblər.
Bununla əlaqədar, “Qafqaz Lizinq” 660 min manat məbləğində səhmləri (hər birinin nominalı 1 min manat olan 660 səhm) tədavüldən çıxarır.
“Qafqaz Lizinq” 2007-ci il oktyabrın 30-da yaradılıb. Şirkət iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün lizinq xidmətləri təklif edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlardır.
2018-ci ildə şirkət nizamnamə kapitalını 4,8 dəfə azaldıb. 2019-cu ilin əvvəlinə şirkətin aktivləri 663,017 min manat, kapitalı – 656,149 min manat, öhdəlikləri – 6,868 min manat həcmində qiymətləndirilir. **
A.Əzizov