2019-cu ilin I yarısında “Kapital Bank” ASC-yə aidiyyəti olan şəxslərlə aparılan əməliyyatlar genişləndirilib.
I yarımillik üzrə maliyyə hesabatına əsasən, 30 iyun 2019-cu il tarixinə banka aidiyyəti olan şəxslər ümumilikdə 68 mln. 945,06 min manat dəyərində 139 depozit müqaviləsi (2018-ci il dekabrın 31-nə 68,06 mln. dəyərində 119 müqavilə); kreditlər və kredit xətləri haqqında 509 müqavilə (31 dekabr 2018-ci il tarixinə 12 mln. 103 min manat dəyərində 476 müqavilə) - bu müqavilələr üzrə qalıq 11 mln. 364,28 min manat məbləğində qiymətləndirilir; 3 mln. 519,49 min manat dəyərində 10 zəmanət müqaviləsi (31 dekabr 2018-ci il tarixinə 3,229 mln. manat dəyərində 6 müqavilə) bağlayıb.
Bütövlükdə, 30 iyun 2019-cu il tarixinə “Kapital Bank”a aidiyyəti olan fiziki şəxslərin sayı 785-ə, şirkətlərin sayı 51-ə (2018-ci il dekabrın 31-nə 724 fiziki şəxs və 45 hüquqi şəxs) bərabərdir.
“Kapital Bank” 140 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir və aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).*
A.Əzizov