Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatı texnikasının satın alınmasına təxminən 165 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata əsasən, nazirlik “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri 164,296 min manatdır.
Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir.
2018-ci ildə zavodda 1303 ədəd MTZ traktoru, 697 ədəd traktor qoşqusu, 58 ədəd KAMAZ, 100 ədəd URAL, 9 ədəd HALLER məişət tullantıları daşıyan maşın və digər texnika istehsal edilib. **
B.Rüstəmbəyov