Azərbaycanda iri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq.
Nazirlər Kabineti “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinə Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla informasiya bazasının fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Bundan başqa, ASAN Dövlət Agentliyinə “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb. **
B.Rüstəmbəyov