Mərkəzi Dəmiryol Xəstəxanası şöbələrdə cari təmir işlərinin həyata keçirilməsinə təxminən 187 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, «Effport» MMC ilə xəstəxananın Mamalıq və Kardiologiya şöbələrində təmir işlərinin aparılması haqqında müqavilə bağlanılıb.
Müqavilənin dəyəri 186,792 min manatdır.*
B.Rüstəmbəyov