Azərbaycan 28-ci “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində 33 şirkətlə təmsil olunacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“24-27 sentyabr tarixlərində keçiriləcək sərgidə 33 Azərbaycan şirkəti öz məhsullarını vahid ölkə stendində nümayiş etdirəcək. Stendin ümumi sahəsi 415 kvadratmetrdir”, - deyə məlumatda bildirilir.
Qida məhsulları, həmçinin şərab və digər spirtli içki məhsullarının istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri sərgidə öz məhsullarını təqdim edəcəklər.*
B.Rüstəmbəyov