“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gələn turistlərin sayı ayda 23 min nəfərədək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.
“İyun ayında “Yanardağ” qoruğu açıldıqdan sonra turistlərin sayı ayda 23 min nəfərədək artıb. Həm yerli, həm də xarici turistlərin bu qoruğa maraq göstərməsi bizi çox sevindirir”, - deyə o bildirib.
1 avqust 2019-cu il tarixindən etibarən xarici vətəndaşlar üçün qoruğa giriş 9 manat, yerli turistlər üçün 2 manat, məktəblilər üçün pulsuzdur.*
X.Nəsirzadə