Fövqəladə Hallar Nazirliyi laboratoriya avadanlıqları, lift ehtiyat hissələri, FHN-nin hissələrinin qaz təchizatı və avtonəqliyyat hissələrinin alışına 1,2 mln. manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, FHN 1 mln. 226,158 min manat ümumi məbləğ 8 müqavilə imzalayıb.
“Labservis LTD” MMC ilə FHN-nin Mülki Müdafiə Qoşunlarının laboratoriyası üçün laboratoriya avadanlıqlarının alışına dair240,786 min manat məbləğində müqavilə imzalanıb.
“Qaz Oil Building” MMC ilə Şəmkir rayonunda yerləşən FHN-nin tabeliyində olan qurumlara məxsus obyektlərin (MMQ-nin alayı, Su hövzələrinin mühafizəsi və XRXX-nin hissəsinin xarici qaz təchizatı işlərinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri - 373,659 min manatdır.
“Auto Azərbaycan” MMC ilə “Hyundai H350” və “Hyundai County” avtomobillərinin alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 195,4 min manatdır.
“Nurgün Motors” MMM ilə 5 ədəd “Ford Transit BUS” markalı avtomobilin alınmasına dair 292,5 min manat məbləğində müqavilə bağlanıb.
Fiziki şəxs ilə FHN-nin Akademiyasının və Mülki Müdafiə qoşunlarının hərbi hissələrinin yeməkxana avadanlıqlarına texniki xidmətin göstərilməsinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 60 min manatdır.
“Elektra” müəssisəsi ilə FHN DYMX-nin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 №-li Yanğından Mühafizə Hissəsinin xarici elektrik təchizatı işlərinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 60,18 min manatdır.
“Piramida-F.R” MMC ilə lift ehtiyat hissələri və FHN-nin inzibati binasının sərnişin liftlərinə aylıq texniki xidmətin satınalınmasına dair 1,508 min manat məbləğində iki müqavilə imzalanıb. **
B.Rüstəmbəyov