Kənd Təsərrüfatı Nazirliyi bir sıra işlərin icrasına dair 2 mln. 403,658 min manat ümumi məbləğdə müqavilələr imzalayıb.
www.tender.gov.az saytının məlumatına görə, KTN "Ramco" QSC İLƏ Salyan Regional Aqrar Elm vƏ innovasiya Mərkəzinin inzibati idarə binasının əsaslı təmiri ve yardımçı binaların tikintisə dair müqavilə bağlayıb. Müqavilənin dəyəri – 623,476 min manatdır.
Bundan başqa, nazirlik "Arena inşaat" MMC ilə Baytarlıq Elmi-Tədqiqat institutunun yardımçı binalarının əsaslı təmiri, Baytarlıq Klinikasının tikintisi va ərazinin abadlaşdırılmasına dair 1 mln. 780,182 min manat məbləğində müqavilə imzalayıb. **
X.Nəsirzadə