“Aqrolizinq” ASC mineral gübrələrin güzəştli səyyar satışına başlayıb. Bu barədə ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov məlumat verib.
“Gübrlərin güzəçrli satışına başlamışıq. Azərbaycanda taxıl əkini böyük sahədə aparıldığını nəzərə alaraq, gündəlik 15 kənddə səyyar satışlar təşkil etməyi planlaşdırırıq”, - Rəhmanov bazar ertəsi mətbuat konfransında bildirib.
O qeyd edib ki, ay ərzində təqribən 800 kənd səyyar satışlarla əhatə olunacaq.
Rəhmanov, həmçinin bildirib ki, əvvəl olduğu kimi, fermerlər gübrələrin alışı zamanı güzəştlərdən istifadə edəcəklər, “yəni gübrənin dəyərinin 30%-ni ödəyəcəklər”.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
B.Rüstəmbəyov