Sabirabad Rayon Mərkəzi Xəstəxanasında rayonun iki sakininə qarayara diaqnozu qoyulub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Sabirabad sakini olan iki pasiyent qarayara diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsinə yerləşdirilib”,- deyə məlumatda bildirilir.
34 və 26 yaşlı bu şəxslərin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
“Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, bu ilin iyul ayında Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.*
F.İsazadə