168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilir.
“Optimallaşdırılma işləri çərçivəsində iki marşrut xətti birləşdirilir. Sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyətinə başlanılır”, - agentlik qeyd edir.
BNA vətəndaşlardan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması, eləcə də digər çatışmazlıqlar barədə daxil olan şikayətlər səbəbindəniki marşrut xəttinin birləşdirilməsinə dair qərar qəbul edilib. Hər iki marşrut bir-birini 24.5 km təkrarlayırdı.
Həmçinin, agentlikdən qeyd ediblər ki, yeni marşrut, xüsusilə Zabrat yolunda yaranan nəqliyyat sıxlığını azaldacaq. Bundan başqa, Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilət m/st. və 8-ci km bazarı istiqamətinə hərəkəti rahatlaşacaq.
Qərara əsasən, 186 nömrəli müntəzəm marşrut xəttində iritutumlu avtobuslar istifadə olunacaq. **
X.Nəsirzadə