Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvü Kənan Arzumanov Yaponiyada keçirilən "Sənin xəyalının avtomobili-2019" adlı Dünya Uşaq Rəsm Müsabiqəsində gümüş mükafata layiq görülüb. Bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.
Müsabiqə “Toyota” şirkəti tərəfindən keçirilib. K.Arzumanovun “Eco Speed Toyota” rəsmi münsiflər heyəti tərəfindən gümüş mükafata layiq görülərək dünya ikincisi olub.
Müsabiqəyə 86 ölkə üzrə 100 minə yaxın rəsm işi təqdim olunub, onların arasından 30 ən yaxşı sənət əsəri seçilərək təşkilatçılar tərəfindən mükafatlandırılıb.*
X.Nəsirzadə