Azərbaycan bu il Hindistandan gələn turistlərin sayının 63% - 65 min nəfərədək artacağını proqnozlaşdırır. Bunu Azərbaycan Turizm Bürosunun (ATB) icraçı direktoru Florian Zenqstşmid deyib.
“Biz bu ilHindistandan gələn turistlərin sayının 63% artaraq təxminən 65 min nəfər olacağını gözləyirik. Yanvar-iyul aylarında bu rəqəm 33 min nəfər olub”, -deyə o, “The Times of India” qəzetində dərc olunmuş məqalədə bildirib.
İcraçı direktorun sözlərinə görə, 2018-ci ildə Hindistandan Azərbaycana 40 min nəfər səyahət edib.
“Azərbaycanın turizm potensialının yaxından tanıdılması üçün Hindistanın Dehli, Benqaluru və Mumbay şəhərlərində roud-şou keçirilir”, - deyə qəzet yazır.
F.İsazadə