Sentyabrın 11-də Kiyevdə müharibə veteranları tərkibində Azərbaycan və Ukrayna komandaları arasında mini-futbol üzrə beynəlxalq dostluq görüşü keçiriləcək. Bu barədə Ukrayna prezidentinin Ofisi məlumat verir.
“Oyunlar Ukrayna prezidentinin hərbi döyüşlərin iştirakçılarının reabilitasiyası məsələləri üzrə müvəkkili Vadim Sviridenkonun təşəbbüsü ilə Ukrayna müdafiəçilərinin idman vasitəsilə reabilitasiya proqramı çərçivəsində keçirilir”, - Teleqram-kanalda Ukrayna prezidentinin Ofisindən qeyd ediblər.
Tədbirin təşkilatçıları qismində Ukrayna müdafiəçiləri idman reabilitasiya Milli Şurası, Ukrayna Futbol Assosiasiyası və s. çıxış edir. **