22-25 oktyabr tarixlərində Bakıda “Global Grain Outlook” XI Beynəlxalq Taxıl Ticarət Konfransı keçiriləcək.
Konfransın təşkilatçıları Rusiya Taxıl İttifaqı (RTİ), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Rusiya İxrac Mərkəzi və İran Qida Sənayesi Assosiasiyaları Federasiyasıdır.
RTQ qeyd edir ki, konfransın keçirilməsi yeri olaraq Azərbaycanın seçilməsi ölkəmizin unikal coğrafi yerləşməsi ilə əlaqədardır. Bu, Azərbaycanı Qara dənizyanı, Asiya və Yaxın Şərq taxıl bazarları arasında əlaqələndirici halqa kimi nəzərdən keçirməyə, həmçinin Azərbaycanın müsbət imicinin formalaşması və ölkənin İslam dünyası ilə Qara dənizyanı regionu ölkələri arasında “Taxıl qapıları” kimi tanınmasına imkan yaradır.
Konfrans çərçivəsində taxıl istehsalının orta və üzunmüddətli inkişaf tendensiyaları məsələləri, investisiyaların təşviqi, taxıl istehsalı və taxıkl bazarı infrastrukturu, taxıl istehsalı və ticarət mexanizmləri məsələləri müzakirə olunacaq.
“Taxıl logistikasının yeni keyfiyyəti, yeni nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən, taxıl tədarükü ilə əlaqədar “İpək Yolu”nun istifadəsi, Fars körfəzinə çıxış ilə Şimal-Cənub taxıl dəhlizinin yaradılması və s. məsələlər mühüm və aktualdır”, - RTİ qeyd edir. **
B.Rüstəmbəyov