Kiyev “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olmaq istərdi. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav kanevski deyib.
“Azərbaycan, həmçinin energetika nöqteyi-nəzərindən daha güclü oyunçuya çevrilir. Ukrayna “Cənub Qaz Dəhlizi” layihəsində iştirak etmək istərdi”, - Kanevski çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbvaycan Ukrayna vasitəsilə Aİ ölkələrinə “Azərbaycan yanacağı” tədarük edə bilər.
Səfir əlavə ediob ki, SOCAR (ARDNŞ) Ukraynada fəaliyyətini genişləndirə bilər. “Bu gün Ukraynada SOCAR brendi çox populyardır. Mən özüm SOCAR-ın yanacaqdoldurma məntəqəsindən istifadə edirəm. Aeroporta yola düşərkən hər zaman dayanıram, çünkii orada bütün infrastruktur yaradılıb. Bu gün həmin YDM-nin sayı artıq 60-a yaxındır, onların sayını 100-ə çatdırmaq mümkündür, çünki son dərəcə tələbat var. SOCAR Ukraynada əsas qaz operatorlarından biridir, ölkələrimizin energetika sahəsində sıx əlaqələri bunu sübut edir”, - səfir vurğulayıb.
Kanevski bildirib ki, Ukrayna bazarında Azərbaycan məhsullarına tələbat yüksəkdir.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.
“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.**
F.İsazadə