Azərbaycanda onlayn ödəniş sistemlərinin provayderlərinin fəaliyyəti lisenziyalaşdırılacaq. Bunu Maliyyə Bazarına Nəzarət Palatasının Maliyyə Bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.
“Bu, Palatanın hazırladığı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində nəzərdə tutulur. Sənəd qəbul edildiyi halda elektron pul və digər maliyyə alətlərinin buraxılışı üçün hüquqi bazanı təmin etməyə, həmçinin maliyyə bazarı iştirakçılarının siyahısını genişləndirməyə imkan verəcək”, - Rüstəmov çərşənbə axşamı mətbuat konfransı çərçivəsində bildirib.
O qeyd edib ki, hazırda qanun layihəsi dövlət strukturlarında müzakirə mərhələsindən keçir, hansı ki, yaxın zamanda başa çatacaq. **
Ə.Məmmədov