Azərbaycan 2019-cu ilin I yarısının yekunları üzrə kənd təsərrüfatı məhsullarının ixracını 27,9% - $411,8 mln.-dək artırıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.
“Yanvar-iyun aylarında 411,8 mln. dollarlıq kənd təsərrüfatı məhsulu ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27,9% artım deməkdir”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmini 23,9% - $589,6 mln.-dək artırıb. Ən çox $177 mln. dəyərində pomidor ixrac edilib.*
B.Rüstəmbəyov