Fransanın “Engie” enerji və qaz şirkəti Avropaya tədarük üçün “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində qaz təchizatı müqaviləsini qismən “Shell Energy Europe Limited”ə verib. Bu barədə SOCAR-dan (ARDNŞ) məlumat verilir.
Hər iki şirkət (“Engie” və “Shell Energy Europe Limited”) 2013-cü ildə “Şahdəniz” konsorsiumu ilə “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Avropaya satışına dair müqavilə imzalayıb.
“2019-cu il sentyabrın 5-də imzalanan son müqaviləyə əsasən, “Shell Energy Europe” “Engie”nin “Şahdəniz” konsorsiumu ilə imzaladığı 25 illik müqavilənin bir hissəsini alır. “Shell”, “Engie”, Azerbaijan Gas Supply Company (AGSC) və SOCAR arasında müvafiq razılıq əldə olunub”, - məlumatda qeyd olunur. **
N.Abbasova