Azərbaycan və Argentina Azərbaycandakı sənaye parklarında və aqroparklarda fəaliyyət məqsədilə birgə müəssisələr yaradılması imkanını müzakrə edir.
İqtisadiyyat naziri Şahin Mustafayev Argentinanın Bakıdakı səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşü zamanı bu, həmçinin sənaye, kənd təsərrüfatı, əczaçılıq, ticarət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Mustafayev məlumat verib ki, ölkələr arasında ticarət və iqtisadi əməkdaşlıq, vergi məlumatlarının mübadiləsi, elmi, texnoloji tədqiqat və innovasiya sahələrində, gömrük işi, texniki əməkdaşlıq və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.
Həmçinin nazir Azərbaycan iqtisadiyyatı və prioritetləri, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib, ölkəmizin iqtisadi imkanlarını, qeyri-neft məhsullarının istehsalı və aqrar sahədə əməkdaşlıq potensialını vurğulayıb Öz növbəsində, Qunella Argentinanın Azərbaycanla əlaqələrin genişləndirilməsində marağını qeyd edib.
“Görüşdə həmsöhbətlər Azərbaycandakı sənaye parklarında və aqroparklarda fəaliyyət məqsədilə birgə müəssisələrin təşkili, sənaye, kənd təsərrüfatı, əczaçılıq, ticarət sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov