Azərbaycan Rusiyaya meyvə-tərəvəz tədarükünü iki dəfə artırmaq üçün potensiala malikdir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“İkitəröfli Hökumətlıərarası Komissiya çərçivısində aparılan təhlil göastərdi ki, Azərbaycan praktiki olaraq Rusiyaya meyvə-tərəvəz ixracı həcmini 2 dəfə artıra bilər”, - Mustafayev bu gün Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin yekunları üzrə Azərbaycan Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac edib.
“Düşünürük ki, bu göstəricini 1 mln. tona çatdırmaq inkamı var”, - nazir əlavə edib. **
Ə.Məmmədov