Azərbaycan və Sverdlovsk vilayəti maşınqayırma sahəsində birgə müəssisə yarada bilər. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Sverdlovsk vilayəti maşınqayırma sahəsində böyük potensiala malikdir və biz qaldırıcı kranların istehsalı üzrə birgə müəssisənin yaradılması imkanlarını nəzərdən keçiririk", - deyə nazir bu gün Bakıda jurnalistlərə bildirib.
Ş.Mustafayev qeyd edib ki, müəssisənin Kalinin adına Maşınqayırma Zavodu ilə birlikdə yaradılması planlaşdırılır.
Sözügedən məsələnin hazırda müzakirə mərhələsində olduğunu deyən nazir Sverdlovsk vilayətinin nümayəndələri ilə bugünkü və sabahkı danışıqların bu istiqamətdə irəliləyişə gətirib çıxaracağına ümidvar olduğunu bildirib.*
Ə.Məmmədov