Yardımlı Rayon İcra Hakimiyyəti abadlıq işlərinin həyata keçirilməsi üçün podratçı seçir. Bu barədə İcra Hakimiyyətinin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 100 manatdır.
Seçimdə əsas meyarlar bunlardır: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərin görülməsi sahəsində təcrübə.
Tender təklifləri 7 oktyabr saat 18:00-dək qəbul olunur. Tender proseduru 8 oktyabr saat 10:00-da baş tutacaq.
Telefon: (+99425) 206-27-39. Əlaqələndirici şəxs: Rafail Adiyev. Ünvan: Yardımlı şəhəri, H.Əliyev küçəsi, 152.*
X.Nəsirzadə