Dövlət Gömrük Komitəsi və Çinin "Huawei” şirkəti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Komitənin məlumatına görə, sənədi sentyabrın 11-də Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov və "Huawei Tech. Azerbaijan" MMC-nin rəhbəri Lu Canlin imzalayıblar.
Niyyət protokolunun imzalanmasında məqsəd Dövlət Gömrük Komitəsi və "Huawei Tech. Azerbaijan" MMC arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.
Xəbər verildiyi kimi, 2019-cu ilin iyun ayında DGK “Huawei” rəhbərliyi Bakıda əməkdaşlıq perspektivlərinə dair müzakirələr keçiriblər. Xüsusilə, DGK gömrük sahəsində İT-texnologiyaların tətbiq etmək niyyətindədir. **
B.Rüstəmbəyov