“SOCAR Enerqoresurs” Antipin NEZ-in (Tümen) alışına dair danışıqları davam etdirir. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verir.
“Orada proses gedir, danışıqlar aparılır: suallar, cavablar, dəqiqləşdirmələr. Yəni, bu prossdir. Baxarıq”, - nazir bildirib.
Hər şərtlərlə Azərbaycan şirkəti zavodda pay almağa hazır olacaq sualına cavabında nazir bildirib: “Bilirsiniz, hazırda, düzünü desək, burada Rusiya Federasiyası ilə bütün bu şərtləri, bizim enerji sektorunda məsələlərin geniş spektrini müzakirə etmək imkanı yoxdur”.
“Bizdə qeyri-kommersiya layihələri olmur, çünki hamısı kommersiya layihələridir”, - Şahbazov Azərbaycan tərəfi üçün bu NEZ-in kommersiya nöqteyi-nəzərindən nə ilə cəlbedici olması sualına cavabında vurğulayıb. **