Azərbaycanın energetika naziri Pərviz Şahbazov şənbə günü BƏƏ-də rusiyalı həmkarı Aleksandr Novak ilə iki ölkənin energetika sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Bu barədə RF Energetika Nazirliyindən məlumat verilir.
“Azərbaycan və Rusiyanın energetika nazirləri energetika sahəsində cari vəziyyəti və mümkün əlaqələrin imkanlarını müzakirə ediblər. Npvak xüsusilə qeyd edib ki, Rusiya və Azərbaycan əməkdaşlığı uzun illər davam edir və strateji tərəfdaşlığa əsaslanır. Eyni zamanda, Rusiya və Azərbaycan enerjis ahəsində çoxtərəfli formatda - MDB Elektrik Enerjisi Şurası və OPEC+ çərçivəsində fəal əməkdaşlıq edir”, - məlumatda qeyd olunur.
Novakın sözlərinə görə, neft sahəsində, xüsusilə neft nəqli və Rusiyanın neft emalı məhsullarının Azərbaycanda reallaşdırılması sahəsində ikitərəfli əməkdaşlıq paralel olaraq davam edir. “Azərbaycanda bu istiqamətdə bir sıra Rusiyanın iri neft şirkətıri fəal işləyir. Qaz sahəsində də əlaqələr qurulur”, - Novak bildirib.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, həmçinin Pərviz Şahbazov Əbu-Dabidə OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
“Şahbazovun Novak və Barkindo ilə görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meyilləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, “OPEC plus” ölkələri üzrə öhdəliklərin icra göstəriciləri və eləcə də bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib”, - məlumatda qeyd olunur.
Həmsöhbətlər neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə “OPEC plus” iştirakçılarının rolu yüksək qiymətləndirilib. “OPEC+ əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi qeyd olunub”, - nazilriyin mətbuat xidməti vurğulayır.
N.Abbasova