İpoteka və Kredit Zəmanət Fondu inzibati binasının təmiri işlərinin podratçısını müəyyən edib.
www.tender.gov.az saytının məlumatına görə, bu məqsədlə İKZF “BLG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 44 min 869,48 manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. **
Ə.Məmmədov