Azərbaycan Sverdlovsk vilayətinə meyvə-tərəvəz məhsullarının birabaşa tədarükünü artırmağa hazırdır. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
“Azərbaycan Sverdlovsk vilayəti ilə iqtisadi münasibətıərin inkişafında maraqlıdır. Biz xüsusilə qarşılıqlı sərmayələr, maşinqayırma, logstika və turizm sahələrində əməkdaşlıqda maraqlıyıq”, - Məmmədov cümə axşamı Bakıda keçirilən Azərbaycan-Sverdlovsk vilayəti biznes forumu çərçivəsində bildirib.
O qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın əsas ticarət tərəfdaşıdır. “RF-nin region ölkələri ilə ticarətinin 50%-i Azərbaycanın payına düşür”, - Məmmədov əlavə edib.
O vurğulayıb ki, hazırda Azərbaycanda Rusiya kapitalı ilə 700-ə yaxın şirkət fəaliyyət göstərir. “Bu günə Azərbaycan iqtisadiyyatına Rusiya sərmayələri $4,7 mlrd.-a çatıb. Azərbaycan Rusiya iqtisadiyyatına təxminən $1,2 mlrd. yatırıb”, - Məmmədov bildirib.
Nazir müavini həmçinin Azərbaycan məhsullarının Sverdlovsk vilayətinə ixcracı məsələsinə toxunaraq qeyd edib ki, “Azərbaycan meyvə-tərəvəz məhsulları və dugər növ malların birbaşa tədarükünü artıra bilər”.
Dünən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib ki, ölkəmiz Rusiya bazarına meyvə-tərəvəz məhsullarının illik tədarükünü iki dəfə - 1 mln. tonadək artıra bilər. **
B.Rüstəmbəyov