Azərbaycan bu payızda MDB ölkələrinin ən maraqlı enoqastronomik və şərab bayramlarını və festivallarını Top-3nə daxil olub. Bu barədə Rusiyanın TurStat agentliyi məlumat verir.
Reytinq hadisələrin populyarlığı və unikallığının təhlilinin nəticələri əsasında tərtib edilib.
TurStat-ın məlumatına görə, MDB və yaxın xaric ölkələrinin turistləri arasında populyar olan enoqastronomik hadisələrin Top-5-ə daxildir: Kaxetiyada (Gürcüstan) “Telavino” festivalı, Azərbaycanda nar bayramı, Ermənistanda Arenidə gənc şərab festivalı, Moldovada Milli şərab günü və Özbəkistanda “Şərabçılıq sənəti” festivalı.
Məlumat verilir ki, bu il nar bayramı oktyabrın 26-dan noyabrın 7-dək Azərbaycanın Göyçay şəhərində keçiriləcək. Nar bayramı zamanı, narın 60-dan çox növünün yarmarkası keçiriləcək, həmçinin bişmiş, qaynadılmış, qovrulmuş və s. şəkildə hazırlanmış nar təqdim ediləcək. Azərbaycan yeməklərinin dequstasiyası, folklor qruplarının, idmançıların, rəqs və mahnı qruplarının çıxışları olacaq və müsabiqələr keçiriləcək. **
N.Abbasova