Azərbaycanın Dövlət Reklam Agentliyi (ADRA) “Shenzhen GCL Electronics CO LTD” şirkəti ilə Azərbaycan ərazisində rəqəmsal reklam qurğularının istehsalına dair razılığa gəlib.
“Bu məqsədlə “Shenzhen GCL Electronics CO LTD” ilkin mərhələdə Azərbaycana $3 mln. investisiya yatırmaq niyyətindədir”, - “İnterfaks-Azərbaycan”a ADRA-dan məlumat verilib.
Reklam qurğularının ilk istehsalı 2020-ci ilə planlaşdırılır.
Prezident İlham Əliyev 2017-ci ilin iyun ayında Dövlət Reklam Agentliyi publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb. Məqsəd reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etməkdir.
“Shenzhen GCL Electronics CO LTD” 1999-cu ildə təsis olunub. **
Ə.Məmmədov