Rusiyanın baş nazirinin müavini Yuri Borisov Azərbaycanın KTMT-nin müşahidəçi statusunun əldə etməsi imkanını istisina etməyib.
“Bu ancaq Azərbaycana aid deyil. KTMT hər zaman SSRİ-nin keçmiş respublikaları ilə əməkdaşlığı alqışlayacaq. Biz bir zamanlar bir ailə olmuşuq”, - Borisov Azərbycanın KTMT-nin müşahidəçisi və ya tərəfdaşı statusunu əldə etmək imkanı nəzərdən keçirilmi sualına cavabında bildirib.
Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin qızışdırılmasında maraqlı deyil, münaqişənin sona çatmasına imkan yaradacaq.
“Rusiyanın, xüsusilə prezideentimizin hansı rol oynadığı sizə məlumdur. KTMT-də qərarlar kollektiv şəklində qəbul edilir. Müzakirələrdən sonra, əgər Təşkilat bu cür zəruri qərar qəbul edərsə, o zaman Təşkilatın nizamnaməsi, reqlamenti və qaydalarına əsasən qəbul olunacaq”, - Borisov qeyd edib. **