“Bakı Metropoliteni” QSC 2020-ci ildə yeni vaqonlar almağı planlaşdırır. Bu barədə QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
“Yeni vaqonların alınması gözlənilir. Hazırda mövcud vaqonların vəziyyəti öyrənilir, daha sonra köhnə vaqonların istismardan çıxarılaraq silinməsi və yenilərinin alınması barədə elan olunacaq”, – deyə o, bu gün jurnalistlərə bildirib.
2019-cu il yanvar ayının 30-da "Bakı Metropoliteni" QSC və “Metrovaqonmaş” ASC arasında 81-765.B/766.B modelli vaqonların istehsalı haqqında müqavilə bağlanılıb. Müqavilə cari ilin sonunadək 5 vaqondan ibarət 6 qatarın alınmasını nəzərdə tutur.
Hazırda Bakı Metropoliteni müqavilə çərçivəsində 4-cü nəslə mənsub «81-765.B/766.B modelli 30 vaqon alıb. Bu vaqonların 20-si artıq xəttə buraxılıb.
Bu müqavilə nəzərə alınmaqla metropolitenin balansında olan 4-cü nəsil vaqonların ümumi sayı 55-ə çatacaq.*
X.Nəsirzadə