İşğal olunmuş ərazilərin və, münaqişə zonalarının turizm təbliğatı qətiyyən yolverilməzdir. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
“Onlayn platformalarda, sərgilərdə və beynəlxalq tədbirlədə bəzi ölkələr iki dövlətin ərazi bütövlüyünə dair təxribatlara yol verir. Bu qətiyyən yolverilməzdir və bunun qarşısı alınmalıdır”, - Nağıyev Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında deyib.
Nağıyev qeyd edib ki, təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara bütün üzvlər təfəindən riayət olunduqda “təşkilat fəaliyyətinin effektivliyi və nüfuzunu artıra bilər”.
Xatırladaq ki, sentyabrın 9-da Sankt-Peterburqda şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb. 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak etdiyi sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır. **
Ə.Məmmədov