Gələn həftə Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 16-da Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclası keçiriləcək. İclasa Azərbaycanın baş naziri Novruz Məmmədov və Türkiyənin vitse-prezidenti Fuat Oktay rəhbərlik edəcək”, - deyə məlumatda bildirilir.
İclasda hər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin mövcud vəziyyəti və iqtisadi münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulub.
Komissiyanın VII iclası 2014-cü il iyulun 11-də Ankarada keçirilib.*
Ə.Məmmədov