Prezident İlham Əliyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edilib, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunulub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, tərəflər Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələləri müzakirə ediblər.
“Söhbət zamanı Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov