Azərbaycan Respublikası Atçılıq Federasiyası VII arena polo üzrə Dünya kuboku turnirində iştirak edən hər komandaya 12 polo poni təqdim edəcək. Bunu Federasiyanın baş katibi Bəhruz Nəbiyev jurnalistlərə bildirib.
VII arena polo üzrə Dünya kuboku turniri 13-15 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək. Yarışlarda 4 komanda – Azərbaycan, Almaniya, Rusiya və İsveçrə iştirak edir.
“Hər komandada 3 nəfər iştirak edir. Atlar biz tərəfindən təqdim olunur. Bunlar, xüsusilə bu yarışlar üçün yetişdirilən Argentinadan gətirilən polo ponilərdir. Hər komandaya 12 polo poni təqdim edəcəyik”, - Nəbiyev bildirib.
Onun sözlərinə görə, komandalar arasında polo ponilər püşkatma yolu ilə bölüşdürüləcək.
Həmçinin, Nəbiyev qeyd edib ki, ilk dəfə bu yarışlarda yeni VAR sistemi tətbiq olunacaq. “Hakimin qərarını videokadrlara baxmaq yolu ilə dəyişmək mümkün olacaq”, - baş katib vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan tərəfi öz komandasına böyük ümidlər bağlayır. “Komandamız artıq böyük polo turnirində iştirak etməyə hazırdır. Komandamız artıq ciddi olaraq polo ilə məşğul olmalıdır”, - o bildirib.
VII arena polo üzrə Dünya kuboku turniri “Binə” Atçılıq Mərkəzində baş tutacaq. **
F.İsazadə