SOCAR Ukrayna iqtisadiyyatına $200 mln.-dan çox sərmayə yatırıb. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Azərbaycan Ukrayna ilə bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində uğurla əməkdaşlıq edir. SOCAR Ukrayna iqtisadiyyatına $200 mln.-dan çox sərmayə yatırıb. Cari ilin 8 ayı ərzində Ukraynanın neft idxalının 92%-i Azərbaycanın payına düşüb”, - deyə X.Xələfov Bakıda Ukraynanın dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə təşkil edilmiş rəsmi qəbulda bildirib.
O qeyd edib ki, Azərbaycan Ukrayna iqtisadiyyatının inkişafında maraqlıdır və bu məsələdə rəsmi Kiyevə kömək edəcək.*
F.İsazadə