Azərbaycan XİN hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın avantürist bəyanatları müharibəyə aparır.
“Ermənistanın baş naziri Nikol Paşinyanın avantürist bəyanatları və müharibəyə təhrik edən hərəkətləri regiondakı prosesləri təhlükəli məcraya yönəldir” - xarici işlər nazirinin müavini Xələf Xələfov cümə axşamı Bakıda Ukraynanın Müstəqilliyinin 28-ci ildönümünə həsr olunan rəsmi qəbulda bəyan edib.
Onun sözlərinə görə, erməni xalqının onlara vaxtilə sığınacaq vermiş region xalqlarının torpaqlarına qarşı təcavüzün ağır məsuliyyətini dərk etməsi zərurəti var.
“Azərbaycan dövləti və xalqı öz torpaqlarının işğalına heç vaxt yol verməyəcək”, - Xələfov bildirib.
Nazir müavini həmçinin Azərbaycanın ərazi bütövlüyü məsələsində qəti mövqeyi və “yerli idarəetmə orqanlarına seçkilər”i tanımamaqla bağlı Ukraynaya təşəkkür edib.
“Güc vasitəsilə dövlət sərhədlərini dəyişdirməyin dünya birliyi tərəfindən qəbul edilmədiyini xüsusi vurğulamaq istərdim. Belə yol seçənlər gec-tez iflasa uğrayacaq”, - nazir müavini vurğulayıb. **
F.İsazadə