İsrailin “Israel Aerospace Industries LTD” şirkəti Azərbaycanda nümayəndəlik açıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Vergilər Nazirliyindən məlumat verilib.
“Avqustun 22-də “Israel Aerospace Industries LTD”-nin Azərbaycanda nümayəndəliyi qeydiyyata alınıb”, - nazirlikdən qeyd ediblər.
Şirkətin rəsmi nümayəndəsi İsrail vətəndaşı Braiman Zeyevdir.
İsrail mətbuatının məlumatına görə, “Israel Aerospace Industries” Azərbaycanla fəal əməkdaşlıq edir. Xüsusilə, Azərbaycan şirkətdən “Naqor” PUA və s. avadanlıq alıb.
“Israel Aerospace Industries, IAI” (İsrailin Aviasiya Sənayesi) 1953-cü ildə təsis olunub və hərbi-sənaye kompleksi sahəsində fəaliyyət göstərir. Xüsusilə, şirkət aviatexnika, kosmik peyklər, rabitə və kəşfiyyat üçün alət və avadanlıqların istehsalı, dünyada aparıcı PUA tərtibatçısı və istehsalçısıdır. Onlardan bəzilərinin dünyada analoqu yoxdur.
IAI İsrailin aparıcı texniki-sənaye şirkətıərindən biridir, burada 16 minə yaxın əməkdaş çılışır, illik satış həcmi $3,3 mlrd.-dan çoxdur. **
A.Əzizov