Azərbaycan Dillər Universitetinin (ADU) nizamnamə kapitalı 13 mln. 91,362 min manat məbləğində müəyyən edilib.
Bu, ADU-nun Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Nizamnaməsində öz əksini tapıb.
Nizamnaməyə əsasən, universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən, qrantlardan daxil olan vəsaitdən formalaşdırılır.
Universitetin idarəetmə orqanı Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 nəfər olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təsdiq edir.*
A.Əzizov