Azərbaycan Respublikasının Mərkəzi Bankı "SİNAM" MMC ilə 209 min 949,08 manat dəyərində müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, müqavilə çərçivəsində SİNAM Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) texniki platforması və standart proqram təminatına dəstək xidməti göstərəcək.
SİNAM 1994-cü ildə yaradılıb və Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkətin mənzil qərargahıBakı şəhərində yerləşir. Hazırda şirkətin məhsul və xidmətləri ABŞ və Rusiyaya, Avropa, MDB və Yaxın Şərq ölkələrinə ixrac edilir.*
A.Əzizov