Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun üçüncü götrüşü cari ilin oktyab ayında Rusiyada keçiriləcək. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Üçüncü görüş İranda keçirilməli idi. Lakin, texniki səbəblərdən baş tutmadı. Buna görə, yəqin ki, növbəti görüş Moskvada keçiriləcək”, - Xələfov “İnterfaks-Azərbaycan”a bildirib.
Nazir müavininin sözlərinə görə, hazırda Xəzər beşliyinin nümayəndələri görüşün tarixinin razılaşdırılması üzərinə işləyirlər.
“Düşünürəm ki, bu görüş cari ilin oktyabr ayında baş tuta bilər. Komissiyanın öz gündəliyi var, üzərində çalışdığımız konkret məsələlər var, və biz bu işi davam etdirəcəyik”, - Xələfov qeyd edib.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Xəzər Konvesiyasının reallaşdırlması üzrə İşçi Qrupunun ilk görüşü 19-20 fevral tarixlərində Bakıda keçirilib.
İşçi Qrupunun ikinci iclası 16-17 aprrel tarixlərində Nur-Sultan şəhərində baş tutub. Üçüncü iclasın 2019-cu ilin iyul ayında İranda keçirilməsi nəzərdə tutulurdu. **
F.İsazadə