2019-cu ilin avqust ayında “Dril-Quip (EUROPE) limited” şirkəti Azərbaycanda filialını qeydiyyatdan keçirib.
“Şirkətin rəsmi nümayəndəsi ABŞ vətəndaşı Witwer Bruce Josephdir”, - “İnterfaks-Azərbaycan”a Vergilər Nazirliyindən məlumat verilib.
Filial avqustun 6-da qeydiyyatdan keçib.
“Dril-Quip Europe Ltd.” Aberdində (Şotlandiya) yerləşir və dünyada aparıcı dəniz qazma və istismar avadanlığı istehsalçılarından biri olan “Dril-Quip Inc”-nin bölməsidir.
Mənzil-qərargahı Hyustonda (Texas ştatı) olan “Dril-Quip” ABŞ, Braziliya, Şotlandiya və Sinqapurda istehsal güclərinə malikdir. Həmçinin “Dril-Quip” müvafiq texniki konsaltinq xidmətləri təqdim edir. **
N.Abbasova