2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda 112 mindən artıq əmək müqavilə imzalanıb. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
“Hesabat dövründə özəl sektorda həmçinin 88 mindən artıq yeni əmək müqavilə bağlanıb, bu da müqavilələri ümumi sayının 78%-ni təşkil edir”, - Cabbarov cümə günü "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda bildirib.
Nazir qeyd edib ki, əmək münasibətlərinin leqallaşdırılması, əsasənn ticarət, sənaye v\ə tikinti sahələrinin payına düşüb.
Bundan başqa, nazirin sözlərinə görə, hesabat dövründə Əmək Haqqı Fondunda artım müşahidə olunub. “2019-cu ilin əvvəlindən minimum əmək haqqının artımı nəzərə alınmadan, qeyri-neft və özəl sektorlarda Əmək Haqqı Fondunda 20% artım olub”, - Cabbarov bildirib.
Nazir vurğulayıb ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi kölgə iqtisadiyyatı ilə mübarizə üsullarından biridir. “Ölkədə həyata keçirilən vergi islahatları bu problemə qarşı uğurlu mübarizəni mümkün edib”, - o əlavə edib. **
Ə.Məmmədov